Dövlət Komitəsi Mediasiya Şurası ilə əməkdaşlıq edəcək - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Dövlət Komitəsi Mediasiya Şurası ilə əməkdaşlıq edəcək

Cəmiyyət A- A A+

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə münaqişələrinin həllində Mediasiya Şurası ilə birlikdə yeni layihələr üzərində çalışacaq".  

Ednews xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.  
 
Komitə sədrinin sözlərinə görə, Mediasiya Şurası yeni fəaliyyətə başlayıb və ilk gündən şuraya dəstək göstərilir:  
 
"Yerlərdə mərkəzlərimiz var. Həmin mərkəz əməkdaşlarının mediasiya işinə cəlb olunması üçün müraciətləri müsbət cavablandırmışıq. Bu dəstək davam edir. Biz imkanlarımızı birləşdirməliyik. Çünki bu, ailənin sağlamlığı, qorunması və boşanmaların qarşısının alınması məsələsidir. Bizim bu nöqtədə fəaliyyətimiz birləşir. Ona görə də davamlı müzakirələr aparırıq".  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...