Bu rayonlarda qaz olmayacaq - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu rayonlarda qaz olmayacaq

Cəmiyyət A- A A+
Bu gün Biləsuvar, Balakən və Şəmkir rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Bu barədə Ednews-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində mayın 19-da planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatana qədər “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatana qədər “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.
 
Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...