Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir keçirilir və gələcəkdə hər il keçiriləcək.
Ednews xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.
O bildirib ki, forum iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək:
"Bu məqsədlə gələn ildən hər il Azərbaycan və Türkiyədə belə forum keçiriləcək".