Boşanmaya aparan yollar Gəlin-qaynana münasibəti, sevgisizlik, xəyanət

Cəmiyyət 17:08 20.05.2022
Azərbaycanda ailə institutunun dağılması prosesi son dövrlərlə müqayisədə daha da sürətlənib. Son statistik rəqəmlər isə narahatlığa daha çox səbəb verir.
 
Statistikaya görə cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14606 nikah və 3618 boşanma qeydə alınıb. 
 
Məsələ ilə bağlı millət vəkili Zahid Oruc dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsi kimi yeni bir təkliflə çıxış  edib.   
 
Mövzu ilə bağlı Ednews-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, boşanmaya görə məhkəmələrdə 3 aylıq fikirləşmə müddəti verilir. 
 
 
“Lakin bu formal xarakter daşıyır. Tərəflər arasında münasibətlər qurulmur və bunu edən qurum və şəxslər yoxdur. Yaxşı olar ki, bu müddət ərzində həmin şəxslərlə psixoloq və sosioloqlar çalışsınlar. Lakin bu da praktikada tətbiq olunmur. İndi məhkəməyə qədər mediasiya qurumu yaranıb. Boşanma məsələləri ilk növbədə mediasiyadan keçir. Lakin mediasiyada da məhkəmədə olan vəziyyətdir. Həmçinin mediasiyanın boşanmaların qarşısının alınmasında rolu barədə hələ statistik rəqəmlər yoxdur. 
 
Digər tərəfdən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Amma bu məsələ ilə bağlı hesabatlara, elmi araşdırmalara rast gəlməmişəm”. 
 
Hüquqşünasın sözlərinə görə, hər gün boşanma ilə bağlı bir neçə nəfər ona müraciət edir. 
 
“Mən səbəb olaraq daha çox sosial problemlərə rast gəlirəm. Yeni qurulan ailənin bəyin valideynləri və digər ailə üzvlərilə birgə yaşaması 40-100 il bundan öncə problem deyildisə, indi insanların xüsusiyyəti dəyişməsi və ətrafdakıların reaksiyalarının kəskinləşməsi səbəbilə ciddi problemlər yaşanır. Beləliklə 3-5 ilə artıq formalaşmış ailələr dağılır. Yaxşı olardı ki, gənc ailələr üçün sosial evlər, sosial kirayə ilə, yüngülləşmiş şərtlərlə ipoteka evləri birinci planda olsun”.
O qeyd edib ki, maaşların az olması, işsizlik də ailədə konfliklərin yaranmasına gətirib çıxarır. 
 
“Gənc ailələrin maddi təminatı ilə bağlı xüsusi proqram olmalıdır. Ailədə uşaq doğulubsa, onun təminatının bir hisəsini dövlət öz boynuna götürməlidir. Uşaq pulundan büdcəyə ağırlıq düşər deyə qaçırlar. Ancaq Almaniya, Hollandiya kimi ölkələrdə valideynin gəlirindən asılı olmayaraq, böyük məbləğdə uşaq pulları verilir. Bununla onlar uşağın gələcəyinə investisiya qoyurlar”.
 
Əsabəli Mustafayev həmçinin bildirib  ki, televiziya verilişlərinin bir çoxu ailələrdə problemlərin olmasını nümayiş etdirir. 
 
“Onlar bununla problemi süni surətdə adiləşdirirlər. Filmlərimizin çoxu ailə münaqişələrinə həsr olunub. Bu da pis haldır, insanlar buna öyrəşir və cəmiyyət üçün bu adiləşir. Hesab edirəm ki, televiziya verilişləri əksinə, ailə dəyərlərinin möhkəmlənməsinə həsr olunmalıdır.
 
Ailələrdə həmişə sosial problemlər olub. Ancaq ailə dəyərləri əvvəllər çox güclü olub. İndi isə insanlar buna biganə yanaşmağa başlayıblar. Boşanmalar, evliliklər adiləşib. Ciddi əsas olmadan dağılan, bir-birini yaxşı tanımadan qurulan ailələr çoxdur. Evliliyin ancaq romantika tərəfini düşünürlər,  məsuliyyət və öhdəliklərin olduğu tərəfi isə görməzdən gəlirlər. İndi hətta nikah bağlamadan da ailə qururlar və bir müddət sonra ayrılırlar. Bu hallar heç statistikaya da düşmür. Ailə dəyərlərini qanunla deyil, tərbiyə, mədəni maarifləndirmə ilə möhkəmləndirmək mümkündür”.  
 
Sosioloq Ağasəlim Həsənov isə qeyd edib ki, ailə cəmiyyətin əsas sosial institutlarından biridir və fərdin şəxsiyyət kimi formalaşmasında ilk sosial mühit ailədir. Bu dövlətin inkişafının əsas amillərindən biridir. 
 
 
“Azərbaycan ailələrində ənənədən irəli gələn ailə qurmaq məqamı gənclərin seçimlərinə təsir edir. Sosial-psixoloji uyğunluq olmadıqda ailədaxili münaqişələr baş verir. Bundan həmin ailədə böyüyən uşaqlar da əziyyət çəkir. Bunun üçün qərb təcrübəsində yayılmış gənclərin bir-birini tanıması üçün uzun bir sınaq dövrü var. İkinci sosial-iqtisadi amillərlə bağlıdır. Sosial iqtisadi durumun aşağı olması ailədaxili konfliklətin yaranmasına səbəb olur. Bundan əlavə, süni boşanmalar var. Miqrasiya ilə bağlı qərb ölkələrinə köçmək istəyən vətəndaşlarımız bəzən ölkədaxili süni boşanmalara gedirlər. Bu faiz olaraq yüksək olmasa da, statistikaya daxildir. Gənclər artıq evlənməmək də olar düşüncəsinə sahibdir”.
 
Sosioloqun sözlərinə görə, bunun üçün sosial mahiyyətli işlər həyata keçirilməli, efir məkanında ailə institutunun möhkəmliyinə təsir edəcək sosial mənəvi proqramların sayı artırılmalıdır. İctimai nüfuzu olan şəxslər sosial şəbəkədə bu istiqamətdə fəaliyyətini genişləndirməlidir.
 
“Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrdə təsadüfi tanışlıqlar ailədaxili münaqişələrin olması, boşanmaların sayının artması hətta qətl hadisələrinin törədilməsi ve s. ilə nəticələnə bilir”.
 
Qeyd edək ki, boşanma statistikası Qərb ölkələrində-Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada isə ən böyük 4.7-nin dağılması faktını təşkil edir. 
 
Xatırladaq ki, Azərbaycanda son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib. Həmin il 1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb.
 
Gülnar Səlimova
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
Hamısı