Bakıda 5 evdən oğurluq edən şəxs tutuldu - FOTO - VİDEO - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bakıda 5 evdən oğurluq edən şəxs tutuldu - FOTO - VİDEO

Cəmiyyət A- A A+

Bakıda 5 evdən oğurluq edən şəxs tutulub.

Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi ilə bağlı Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət olunub.

Belə ki, zərərçəkmiş mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını deyib.

Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub.

Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub.

O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

https://www.youtube.com/watch?v=orXgCdDleFY&t=3s

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...