Azərbaycan-Qazaxıstan Ekspertlər Şurası yaradıldı - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan-Qazaxıstan Ekspertlər Şurası yaradıldı

Cəmiyyət A- A A+
Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş "dəyirmi masa" çərçivəsində Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb.
 
Ednews xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov imzalayıblar.
 
F.Şəfiyev deyib ki, Şuranın yaradılmasında məqsəd iki ölkə ekspertləri arasında əməkdaşlığı möhkəmləndirməkdir. 
 
“Bu gün təsis edilmiş Eksertlər Şurası Qazaxıstan və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə daha bir töhfədir. Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün rəsmi Bakının səylərini yüksək qiymətləndiririk”, - Y.Tukumov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...