Emin Əmrullayev Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşdü - FOTOLAR - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Emin Əmrullayev Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşdü - FOTOLAR

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda işgüzar səfərdədir. Səfər çərçivəsində təhsil naziri mayın 22-də Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb.
 
Təhsil Nazirliyindən Ednews-a verilən məlumata görə, görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
 
Eyni zamanda, Emin Əmrullayev görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.
 
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...