Paytaxt yollarındakı elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Paytaxt yollarındakı elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO

Cəmiyyət A- A A+
Nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılmış elektron informasiya tablolarının idarəolunması üçün istifadə edilən proqram təminatı və texniki avadanlıqlarda 2019-cu ildə yaranmış problemlərlə əlaqədar nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı dayandırılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Ednews-a bildirilib ki, hazırda intellektual sistemin təkmilləşdirilməsi, o cümlədən texniki nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür:
 
"Bu müddət ərzində isə sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...