Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna sabahdan başlanılır.
Ednews xəbər verir ki, bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri yayıb.
Onun sözlərinə görə, Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə 9 202 manat müəyyən olunub.