Azərbaycanlı general Türkiyədə pilotlarımızın təlimini izlədi - VİDEO - FOTOLAR - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Azərbaycanlı general Türkiyədə pilotlarımızın təlimini izlədi - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
 
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.
 
Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
 
Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.
1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...