"Çaylarda sel bir az səngiyib, suyun səviyyəsi azalıb. Artıq Gərey kəndindəki körpüdəki fəsadlar aradan qaldırılıb. Quba-Xınalıq yolunun 37-ci km-dən bağlanmış yol da nəqliyyatın hərəkəti üçün tam açılıb. Amma təhlükəsuzlik baxımından bu ərazidə yol təsərrüfatı işçiləri bir daha təmizləmə işləri aparırlar”.
Ednews xəbər verir ki, bu açıqlamanı Bizim.Media-ya Quba RİH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Tariyel İbrahimov verib.
Onun sözlərinə görə, seldən zərər çəkmiş digər ərazilərdə də fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.