Folekul donorluğu, yoxsa orqan alveri? Sosial şəbəkələrdə açıq bazar

Cəmiyyət 20:00 26.05.2022
Ana olmaq hər bir qadınının arzusu, hər evin, ailənin əsas sütunlarından biridir. Lakin ana olmaq heç də hər qadına asanlıqla nəsib olan bir nemət olmur. Övlad sahibi olmaq istəyən ailələr isə bu yolda hər bir addımı mübah sayırlar. 
 
Ana ola bilməyən ailələrə müalicə üsulları haqqında müxtəlif səpkidə vasitələr var. Lakin bəzən yaş ötdükcə qadın orqanizmində olan folekulların gücləri mayalanmaya çatmır və hamiləlik baş vermir.
 
Bu zaman digər cavan qadınlardan hamilə qala bilməyən fərdə folekulyar donor olur. Bu könüllü şəkildə baş verir.   
 
Lakin dəfələrlə sosial şəbəkələrdə yayımlanan, hətta məşhur xəstəxanaların və həkimlərin reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat müqabilində folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə uyğun olan kriteriyalar da göstərilir.
 
Məsələ ilə bağlı ginekoloq həkim Təranə Həsənova Ednews-a açıqlamasında bildirib ki, süni mayalanma ilə bağlı müraciət edəndə qadınların öz sağlamlığı ilə bağlı problemləri meydana çıxa bilər.
 
 
“Bu zaman qadının normal şəkildə mayalana biləcək və inkişaf edəcək yumurta hüceyrəsi olmadığına görə digər qadının yumurta hüceyrəsindən götürülüb ona qoyulur. Əvvəllər bunu gizli şəkildə edirdilər. Mən özüm həkim olaraq bunun qəti şəkildə əleyhinəyəm. Çünki gizli formada olarsa, bu əksər hallarda süni mayalanma olunacaq qadına deyilmir. Yəni ona sizin yumurta hüceyrəniz işə yaramır deyilmir, sadəcə başqa qadının yumurta hüceyrəsi götürülür, mayalandırılır və müraciət edən qadına qoyulur”. 
 
T. Həsənova bildirib ki, dünyaya gələn uşaq tam şəkildə ananın genetikasını daşımır. 
 
“Doğulacaq körpə sadəcə onun bətnində yetişir, qanı ilə qidalanır, amma onun xarakterik xüsusiyyətlərini, nəslinin genetikasını daşımır”. 
 
Həkim eskpert onu da vurğulayıb ki, “donor” qadının yumurta hüceyrəsini tək bir qadına qoymurlar. 
 
“Bunu mayalayıb bir neçə qadına yerləşdirə bilərlər və onların da dünyaya gətirəcəkləri uşaqlar gələcəkdə evlənə bilərlər. Həmin uşaqlar müəyyən mənada bacı-qardaş sayılır. Bu gələcəkdə çox ciddi genetik pozuntulara səbəb ola bilər ki, bu da müalicəsi mümkün olmayan yeni irsi xəstəliklərin yaranmasına gətirib çıxaracaq. Bunu adi bir vətəndaş bilir, nəinki ixtisaslı həkim”.
 
T. Həsənova süni mayalanma haqqında qanunda boşluğun olduğunu qeyd edib. 
 
“Bu işə çox ciddi nəzarət olmalı, “donor” qadın daha heç kimsəyə yumurta hüceyrəsini verməməlidir. Şübhəsiz ki, buna nəzarət olunmur”.
 
İlahiyyatçı Tural İrfan Ednews-a bildirib ki, süni mayalanma ümumiyyətlə İslam dinində qadağandır. 
 
 
“Hərçənd ki, bəzi özlərini alim adlandıranlar buna icazə verir. Bildirim ki, bunlar haram və küfrdür. Allaha üsyandır. Onun işinə müdaxilə və Allaha irad tutmaqdır. Süni mayalanma yeganə halda icazəlidir. O da budur ki, qadının ancaq öz ərinin sperması onun bətninə yerləşdirilə bilər. Yox, əgər başqa kişinin toxumu o qadının rəhminə daxil edilsə, bu islami baxımdan doğru hesab edilmir.
Qeyd edilən xüsusda isə, yəni bir qadının yumurta hüceyrəsini mayalayıb başqa qadınları da mayalandırmaq, bu da doğru sayılmır. Çünki bu da genin qarışmasına səbəb olur və həmçinin Allahın işinə müdaxilə hesab edilir. İnsan övladı dünyaya normal və təbii qaydada gətirməlidir”. 
 
İlahiyyatçının sözlərinə görə, Allah kiməsə övlad vermirsə, onun da öz səbəbi, hikməti və vaxtı var. 
 
“Süni yollarla dünyaya gətirilən insanlar çox zaman şikəst, geni pozulmuş olurlar. Belə şeylərin səbəbi ilə də irsi xəstəliklər, pandemiyalar yayılır, müalicəsi mümkün olmayan bəlalar baş alıb gedir.
 
Həkimlər pul qazanmaq üçün çox şeyə əl ata bilərlər. Dünyada mafioz dərman şəbəkələri var ki, belə halların və xəstəliklərin yayılmasında maraqlıdırlar və buna müəyyən mənada da nail olurlar. Əslində onlar bəşəriyyətə qarşı latent cinayət törədirlər. Müsəlman gərək belə fəsadverici işlərdən uzaq olsun”.
 
Hüquqşünas Əsabəli Mustafayev isə Ednews-a bildirib ki, süni mayalanma ilə bağlı bu günə qədər qanunvericilik aktı qəbul edilməyib. 
 
 
“Süni mayalanma haqqında 2008-ci idən başlayan müzakirələr əvvəl “Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması haqqında” Qanun adlanırdı. 2009-cu ildən sonra bu ümumiyyətlə müzakirədən çıxarıldı. Adət-ənənə və mənəviyyatımıza uyğun olmaması əsas götürülərək hesab olundu  ki, cəmiyyətdə buna qarşı mənfi reaksiyalar var. 2020-ci illərdə bu məsələ “Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması haqqında” qanun layihəsi olaraq yenidən qaldırıldı. Sonuncu dəfə cari ilin yanvarında müzakirə olunub, amma süni mayalanma hissəsi ilə bağlı müqavimət güclü olduğu üçün qanun qəbul edilmir. Səhiyyə Nazirliyinin hansısa daxili təlimatları var və onlar əsasında həkimlər hərəkət edir”.
 
Hüquqşünasın sözlərinə görə bu qanunda qadağan da olunmur.
 
“Həkimlər də daha çox bu devizlə hərəkət edir. Rəsmi orqanlar da buna müəyyən qədər göz yumurlar. Çünki ailə təkcə ər və arvaddan deyil, həm də övladlardan ibarətdir. Hər bir valideynin ata ana olmaq hüququ var. Bu hüququ qanunla qadağan etmək mümkün deyil”. 
 
Ekspert qeyd edib ki, embrionların sayı ilə bağlı da müzakirələr gedir.  
 
“Adətən ana bətninə iki embrion yerləşdirilir. İnsanlar çalışırlar ki, birdəfəlik iki əkiz övlada sahib olsunlar. Ancaq bəzən 3, 4, 5 embrion yerləşdirirlər. Əgər qanunvericilik qəbul edilərsə, eyni embrionların digər insanlara da yerləşdirilməsi qadağan edilə bilər. Qanunun qəbul edilməsi uzana bilər və bu səbəbdən praktikada ciddi təhlükə ola bilər. Bu baxımdan KİV-lərin məsələni işıqlandırması çox yaxşıdır. Bununla Səhiyyə Nazirliyini hərəkətə keçməyə məcbur edə bilər”. 
 
Ə. Mustafayev bildirib ki, buna qanunla qadağa qoymaq mümkün deyil və şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. 
 
“Xaricdə bu səbəblər yerli məhkəməyə və Avropa Məhkəməsinə müraciət edə bilərlər. Həkimlərin də bunu qadağan etməsi düzgün deyil. Hər evlənən ailənin arzusu uşaq sahibi olmaqdır. Xüsusilə uşaqlı ailələr daha davamlı və xoşbəxt olurlar. Uşaq istəyənlərin xəstəliyi onların bəxbəxtliyinə səbəb olmamalıdır. Hökumət kömək də etməlidir, hətta süni mayalanma bahalı əməliyyat olduğu üçün subsidiya vermək olar. Bütün dünyada doğuşların azalması prosesi gedir. Biz demoqrafik inkişafda, əhalini sayının artımında maraqlıyıq. 
 
Tibbi sığorta vasitəsilə tibbi xidmət kimi süni mayalanmaya faizsiz kredit və yardımların verilməsilə dəstək ola bilər. Bəzən xərc çəkirlər süni mayalanma alınmır, insanlar şikayətçi olur. Xaricdə süni mayalanma sığortası da var. Süni mayalanma baş tutmasa, xərclər qaytarılır ki, gələcəkdə bir də cəhd edə bilsinlər.
 
Bu artıq milli mentalitet və mənəviyyat məsələsindən çıxıb. İnsanlara qanuni surətdə yaxın zamanlarda bu imkanı vermək lazımdır, çünki praktikada geniş yayılıb. Reallıq da tələb edir ki, burada qanunvericilik də öz sözünü deməlidir”.
 
Gülnar Səlimova
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı