“Gələn həftə deputatların ilk qrupu Ələt Azad İqtisadi Zonasına gedəcək”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında elan edib.
Deputat artıq səfər üçün hazır olduğunu da vurğulayıb:
“Biz hamımız Ələtə gözümüzü dikmişik ki, 10 minlərlə iş yerləri yaradılacaq və bu ölkəmizi ixracatçı ölkəyə çevirəcək. Okeana çıxış olmadığı üçün biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməli olacağıq”.
Millət vəkili Ələt AİZ-də hava limanının tikilməsinin də vacibliyini qeyd edib.