Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev Türkiyədə müalicə olunur.
Bu barədə Ednews-a aktyorun xanımı Elvina Ağayeva məlumat verib. O, həyat yoldaşının son vəziyyəti barədə danışıb.
“Vəziyyəti çox şükür əvvəlkinə nisbətən yaxşıdır. Hələki müalicələr davam edir. Bundan sonra Elvin əməliyyata girəcək. İnşallah həftəsonu əməliyyatın tarixi bəlli olacaq. Bizi dar gündə tək qoymadığınız üçün hər birinizə minnəttarıq. Dostlar, tanışlar uzaqda da olsa zəng edirlər, maraqlanırlar bizim də ürəyimiz açılır. Allah razı olsun”.
Qeyd edək ki, qaraciyər sirriozundan əziyyət çəkən aktyorun müalicəsi üçün lazım olunan məbləğ (50 min ABŞ dolları) aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında xeyirxah insanların yardımı vasitəsilə yığılıb.
Ləman Abbaslı