May ayının 29-da Bərdə rayonu N saylı hərbi hissəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir proqramı keçirilib.
Ednews xəbər verir ki, tədbirdə hərbi hissə komandanlığı, Naftalan, Goranboy, Tərtər, Bərdə, Ağdam rayonlarından şəhid ailələri və rəsmi şəxslər iştirak ediblər.
Öncə tədbir iştirakçıları hərbi hissənin ərazisində yerləşən Heydər Əliyevin büstü önünə əklillər düzərək Ulu Öndər və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan himni səsləndirilib.
Tədbirdə çıxış edən iş adamları Abdulla Abdullayev və Sevda Zulfiqarli şəhid və tədbirdə iştirak edən hərbi qulluqçuların övladlarına hədiyyələr təqdim ediblər.
Sonda Füzuli Dövlət Dram Teatrı "Nağıllar aləmi" adlı şou-proqramla çıxış edib.