Gecə saatlarında Bakıətrafına avtobuslar niyə işləmir? ŞİKAYƏT - BNA-dan AÇIQLAMA

Cəmiyyət 16:40 01.06.2022
Son zamanlar əsasən Bakıətrafı qəsəbə və kəndlərinə olan avtobusların normal çalışmaması barədə şikayətlər artmaqda davam edir. Belə ki, bu marşrut xətlərindən istifadfə edən sərnişinlər iddia edirlər ki, axşam evə qayıdanda onlar saatlarla marşrut gözləməyə məcbur olurlar. Çünki saat 22.00-dan sonra Bakıətrafı qəsəbə və kəndlərə avtobus tapmaq mümkün olmur.  
 
Məsələ ilə bağlı Ednews-a danışan Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı problemin qaynağını və həlli yolunu açıqlayıb. O, belə problemlərin ən çox özəl şirkətlərə məxsus avtobuslarda müşahidə edildiyini vurğulayıb:
 
“Avtobusların fəaliyyəti ilə bağlı narazılıqların əsaslı səbəbəri var. Qaydalara görə ictimai nəqliyyat gecə saat 12-yə qədər işləməlidir. Özəl şirkətlər bəzən bu qaydanı görməzdən gəlirlər. Şəhərdəki avtobusların əksəriyyəti də özəl şirkətlərə məxsusdur. Onlar da axşam saatlarında işləməyi artıq xərc hesab edirlər”.
 
Ekspert bunu yanacağın qiymətinin bahalaşması ilə əlaqələndirib. Daşıyıcı şirkətlər isə qiymətlərin qaldırılmasında maraqlıdırlar...
 
“Daşıyıcı şirkətlər bir sərnişinin daşınmasının 82 qəpiyə başa gəldiyini açıqlayıblar. Lakin ölkədə sərnişin daşınması şəhərdaxili 30 qəpiyə, Bakıətrafı isə 40-50 qəpikdir. Pik saatlarda avtobusu doldurub rahat sürürlər. Axşam isə 3-5 nəfər minir deyə əlverişli hesab etmirlər. Bu vəziyyət həm sərnişinləri, həm də daşıyıcı şirkəti narazı salır. Daşıyıcı şirkətlərin gediş haqqının qaldırılması tələbinin havada qalması da onların etirazına səbəb olur”.
 
Sonda ekspert qeyd edib ki, dövlət hər iki tərəfi razı salmaq üçün tənzimləmə planı hazırlamalıdır ki, bu kimi problemlərin yaşanmaması üçün xüsusi nəzarət mexanizmi həyata keçirilsin.
 
Məsələnin rəsmi tərəfini öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətləri üzrə avtobusların iş qrafiki, intervallar və avtobus sayı sərnişin tələbatına uyğun olaraq tənzimlənir:
 
“Hər hansı ətraf kənd və qəsəbə istiqamətində fəaliyyət göstərən marşrut xətti üzrə avtobuslar axşam pik saatları da daxil olmaqla, normalda 5-10 dəqiqə intervalla hərəkət edirsə, axşam pik saatlardan sonra artıq həm intervalların müddəti artır, həm də avtobusların sayında müəyyən azalmalar olur. Çünki həmin saatlarda sərnişin tələbatı elə də yüksək deyil”.
 
Mətbuat katibi həmçinin qeyd edib ki,  həqiqətəndə bəzən sürücüləri axşam pik saatlardan sonra vəziyyətdən sui-istifadə edərək avtobusları daha tez vaxtda xətdən geri çəkmələri müşahidə edilir. 
 
“Bu da sərnişinlərimizin narahatlığına səbəb olur. Tərəfimizdən belə hallar aşkar olunduqda bu zaman zəruri tədbirlər görülür”.
 
Xanlar Əlibəy
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
Hamısı