“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda bakalvr səviyyəsi üçün beynəlxalq olimpiada qaliblərinə üstünlük veriləcək və onlar müsahibədən azad ediləcəklər“.
Ednews xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib. Onun sözlərinə görə, onlar sadəcə sənədlərini təqdim edecəklər:
"Eyni zamanda digər şəxslər üçün də imkan yaradılır. Beynəlxalq olimpiada qalibi olmayan, amma xaricdə təhsil almaq istəyən şəxslər də texniki sahələr üzrə 400, digər sahələr üzrə 550 baldan çox bal toplayan şəxslər bu tələbə cavab verəcək. Həmçinin beynəlxalq təhsil proqramlarını bitirənlər də bakalavr üçün namizəd ola bilərlər. İELTS, C1 sertfikatı da tələblər arasında olacaq".