Bakıda avtomobildə yanğın olub.
Ednews FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda “Audi” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gəncə şəhərinin Hacıkənd qəsəbəsində "Toyota" markalı minik avtomobilinin ön hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.