Azərbaycanda daha bir AĞIR QƏZA - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanda daha bir AĞIR QƏZA

Cəmiyyət A- A A+
Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb. Ednews Report-a istinadən xəbər verir ki, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cü il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş birinin vəziyyəti isə kafi qiymətləndirilir. Qeyd edək ki, yaralılar arasında tələbələr də var. Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...