Həyat sığortası edən şirkətlərdə "çirkli pulların" leqallaşdırılmasına qarşı nəzarət gücləndiriləcək - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Həyat sığortası edən şirkətlərdə "çirkli pulların" leqallaşdırılmasına qarşı nəzarət gücləndiriləcək

Cəmiyyət A- A A+

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilib.

Bu barədə "Ednews"-a AMB-dən bildirilib.

Məlumata görə, görüş zamanı Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması risklərinə, praktiki nümunələrinə, xüsusi indikatorlarına və bu sahədə qanunvericiliyin tələblərinə dair geniş məlumat verilib, sözügedən istiqamətdə daxili nəzarət sistemlərinin davamlı təkmilləşdirməsi məsələləri ətrafında müzakirə aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...