Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetində divara yapışdırılmış elan diqqət çəkib.
Ednews xəbər verir ki, foto sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə edilib. Rəylərdə sözügedən elanın və universitetdə belə bir məsələni qaldıran şəxsin qınanılması ilə yanaşı, elanın üzərində qadağa sözünün “qadanğan” olaraq səhv yazılması da gülüş hədəfi olub.
Rəylərdə sosial şəbəkə istifadəçiləri universitet daxilində fəaliyyət göstərən bufetlərdə satılan məhsulların qiymətlərinin marketlərlə müqayisədə çox baha olduğunu da qeyd ediblər.
Tələbələrə qoyulan qadağa ilə bağlı universitetin mətbuat xidməti bu barədə gələn həftə açıqlama verə biləcəklərini deyiblər.