Bakı-Alanya reysi ləğv edildi - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Bakı-Alanya reysi ləğv edildi

Cəmiyyət A- A A+

Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib. 

Ednews xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq. 

“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib. 
Maraqlıdır ki, aşağıbüdcəli reyslər yerinə yetirən “Pegasus” şirkəti bu ilin oktyabr ayına kimi həftənin 3 günü Alanya-Bakı marşrutu üzrə uçuşları planlaşdırsa da, səbəbini ictimaiyyətə açıqlamadan bu reysləri ləğv edib. 

Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.

Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...