Türkiyənin məşhur geyim mağazası şəbəkələrindən biri olan “Zara”nın son reklamı sosial mediada gündəm olub.
Ednews verir ki, çörək və ayaqqabıdan istifadə edilən “Zara”nın yeni mövsüm reklamı sosial mediada reaksiyalara səbəb olub. Qınaq obyektivinə çevrilən brendi sadəcə çörəyi deyil, onun timsalında milli dəyərləri də tapdalamaqda ittiham edənlər olub.
Zaranın bu reklamına reaksiyalar artsa da, məşhur mağaza heç bir açıqlama verməyib.
Qeyd edək ki, ispan geyim və aksesuar brendi sayılan “Zara” 1975-ci ildə Arteixo, Qalisiyada Amancio Ortega və Rosalia Mera tərəfindən təsis edilib. Geniş arenaya sahib olan ZARA dünyanın 3 ən böyük hazır geyim firmasından biridir. 2015-ci ilə kimi dünyanın 88 ölkəsində 2000-dən çox mağazası fəaliyyət göstərib. Türkiyədə 37 mağazası fəaliyyət göstərir. Inditex qrupuna daxil olan Zara qrupun ən böyük şirkəti hesab edilir.
Reklamın hansı səbəbdən çəkildiyi hələ məlum deyil.
Ləman Abbaslı