Xəbər verdiyimiz kimi uzun illərdir Bakı şəhərində yaşayan Cəfərova Məhəbbət özünə aid evi olmadığı və kirayədə yaşadığına görə 2000-ci ildən etibarən Sabunçu rayon 13-cü polis bölməsinin qeydiyyatında olub. Lakin o, bu yaxınlarda qeydiyyatdan çıxarıldığını öyrənib.
Ednews-ın təşəbbüsü ilə işıqlandırılan məsələyə dərhal Daxili İşlər Nazirliyi tərəfindən problemin həlli istiqamətində tədbirlər görülüb. DİN-in verdiyi məlumata görə, şikayətçi Binəqədi rayonunda yaşadığı halda Sabunçu rayonunda qeydiyyatda olub. Bu səbəbdən də həmin rayonun qeydiyyatından çıxarılıb.
Hazırda Binəqədi rayon ərazisində kirayədə yaşayan vətəndaş dərhal Binəqədi rayon polis bölməsinə qeydiyyata salınıb.
Bölmədən Ednews-a verilən məlumata görə, Məhəbbət Cəfərovanın yaşayış yeri barədə qeydiyyat problemi aradan qaldırılıb.
Yaranan problemə operativ cavab verdiyi üçün Daxili İşlər Naziri və əməkdaşlarına Ednews adından dərin minnəttarlığımızı bildiririk.
Ləman Abbaslı