Dünyadan əbədi olaraq yaddaşlara köç edən QƏHRƏMAN Mir Şahin Ağayev Çingiz Mustafayevi BELƏ XATIRLADI

Cəmiyyət 14:10 15.06.2022

15 iyun... Bu tarix sıradan bir gün deyil. Bu tarix Azərbaycanın Milli Qəhrəmanı, tanınmış jurnalist Çingiz Mustafayevin anım günüdür.

1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olan Çingiz, 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçür. Həyatının maraqlı və əyləncəli hissəsi elə burada keçir. 

Uşaqlığı, məktəb illəri, gəncliyi... 

1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Üç il həkimliklə məşğul olsa da xalqına faydanı başqa cür vermək arzusu onu bu sahədən çəkindirir.  O, özünü xəstələri sağaldan, onlara şəfa verən biri kimi yox, cəmiyyətin dərdinə şərik olub, xalqının qaysaq bağlayan yarasına dərman olmağı üçün jurnalistlik həyatına qədəm qoyur. Onun bu həvəsi 20 Yanvar hadisələri zamanı özünü bir daha göstərir. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri, insanların o vəhşətdən qorxu içində qalmalarını Çingiz kameralarına lentə alır. İçindəki hırs, hikkə onu 1991-ci ildən etibarən tam olaraq jurnalistikaya bağlayır.

Nə bilmək olar, bəlkə də elə ölkədə gedən müharibə Çingizi bu peşəyə daha çox bağladı...

1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayan Mustafayevin reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı. Onun qarşısında heç bir senzura durmurdu, o bütün olmazları oldurur, çəkir, göstərir, dünyanı Erməni vandallığına şahid edirdi. Reportajları bir qayda olaraq, cəbhədən çəkən qəhrəman Çingiz,  təkcə ölkənin döyüş gedən bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar yox, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar verirdi.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. 

Çəkdi… durmadan, bir an belə dayanmadı, qarlı, buzlu yollarda meşələrdə yorulsa da  ölüm qorxusu ona güc gələ bilmirdi. 1992-ci ilin iyun ayının 15-ə qədər… 

Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsi Çingizi dünyadan ayırdı. O, həmin gün ölümü ilə əbədilik sazişinə imza atdı. Həmin gün Çingiz dünyadan əbədi olaraq yaddaşlara köç etdi.  O,  ölümünədək kameranı söndürmədi. Son sözləri ölümünü lentə alaraq “ölürəm” olmuşdu Çingizin… Cismani ölsən də qəlblərdə, əqidələrdə yaşayırsan, cənab Mustafayev. Bu dünya haqq ədaləti sənin çəkdiyin materiallarla tapdı.

Çingiz haqqında çox xatirələr danışılıb, amma Real TV-nin baş direktoru  Mir Şahin Ağayev Ednews-a açıqlaması zamanı xatirəsini iki cümləyə sığışdırdı.

“Mənim xatirimdə Çingiz Muatafayev elə Çingiz Mustafayev kimi qalıb. Mənimçün o qədər müqəddəs şəxsiyyətdir ki, bu barədə danışmaq üçün sözlər belə aciz qalar”.

Bu Çingizə, onun əqidəsinə və haqq yoluna olan hörmətdir. Sənin tək amalın, əqidən bizlər üçün ən yaxşı ustad dərsdi, ən yaxşı tövsiyədir. Nur içində yat qəhrəman jurnalist!

Ləman Abbaslı

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
Hamısı