Sosial şəbəkələrdə meymunçiçəyi olduğu iddia edilən vətəndaşın fotosu yayılıb.
Ednews xəbər verir ki, avtobusda çəkilən fotoda qollarında irinli yaralar olan yaşlı qadın əks olunub. Fotonu izləyən şəbəkə istifadəçilərində ciddi narahatlıq yaranıb.
Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər. Hazırda bununla bağlı heç bir məlumat yoxdur.
Məsələni gündəmdə saxlayacağıq.
Ləman Abbaslı