Bakıda yaşayış binasında baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Bakıda yaşayış binasında baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Cəmiyyət A- A A+

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən Ednews-a verilən məlumata görə, bu gün saat 10:00 radələrində “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

*10:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərətəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Ednews-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...