Azərbaycanda külli miqdarda oğurluqda təqsirləndirilən əcnəbi Abbas Moazzamın cinayət işi üzrə ibtidau istintaq başa çatıb.
Ednews xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılmaq üçün hakim Azad Məcidovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, A.Moazzam “Kapital bank” ASC-nin şikayəti əsasında həbs edilib. Onun bankdan külli miqdarda pul ələ keçirməsi müəyyən edilib. A.Moazzaminin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində "Kapital Bank" ASC tanınıb.