Xızı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şorabad kənd sakini Elmin Əliyevi saxlayıblar.
Ednews DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin meşə zolağında əkib yetişdirdiyi külli miqdarda yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Aydın Adıgözəlov, Quba