Misirin “Əl Hivar” Siyasi Dialoq və Media Araşdırmaları Mərkəzində Misir-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ednews xəbər verir ki, tədbirdə çıxış edən “Əl Hivar” mərkəzinin şöbə müdiri Amira Əbdel Hakim, Qahirə Universitetinin ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasının müdiri, professor Cəlal Əl Hifnəvi, Misirin Ali Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Bağdadi İmam, Misir parlamentinin sabiq deputatı, professor Hişam Meqdi, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov iki dost ölkə arasında əlaqələrdən bəhs ediblər.
Çıxışlarda Azərbaycanın Misirin də təsisçisi olduğu Qoşulmama Hərəkatına sədrliyindən, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağın Ermənistanın işğalından azad olunmasından, düşmən tapdağından qurtulmuş ərazilərdə aparılan tikinti və quruculuq prosesindən də bəhs olunub.
Sonda “Əl Hivar” mərkəzi adından Misirdə diplomatik fəaliyyətini başa vurmuş səfirliyin əməkdaşı Emil Rəhimova Fəxri diplom təqdim edilib.