Qarabağ Dirçəliş Fondu Azərbaycan banklarının rəhbərləri ilə Şuşada işgüzar görüş təşkil edib

Cəmiyyət 11:27 22.06.2022
21 iyun 2022-ci il tarixində Şuşa şəhərində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib.
 
Ednews xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin aparıcı banklarının rəhbərləri iştirak edib.
 
Tədbirdə qonaqları salamlayan Aydın Kərimov, Məftun Abbasov, Rəhman Hacıyev və Zakir Nuriyev belə görüşlərin keçirilməsinin Qarabağın investisiya potensialının təbliği, eləcə də işğaldan azad edilən ərazilərdə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi baxımından faydalı ola biləcəyini xüsusi vurğulayıblar.
 
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışı zamanı Şuşa şəhərinin Qarabağda həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün vacib məkana çevrildiyini bildirib. Daha sonra qonaqlara Şuşada görülən cari işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edilib.
 
Görüşdə çıxış edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib ki, dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastrukturun və binaların inşası, şəhərin tarixi görünüşün qaytarılması istiqamətində işləri sürətlə davam etdirilir. M.Abbasov Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin, tarixi Şuşa Bəyannaməsinin imzalanmasının, Dünya Azərbaycanlılarının V Qurultayının və bir sıra yerli və beynəlxalq tədbirlərin Şuşada keçirilməsinin cənab Prezidentin Şuşa şəhərinə diqqət və qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.
 
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan bu tədbirin dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun Qarabağın bərpası və yenidən qurulması prosesinə cəlb olunması, burada investisiya potensialının təhlili və icra mexanizmləri ilə bağlı müzakirələrin aparılması üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
 
Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra ölkəmizin qarşısında dayanan məsələlərdən və 30 ildən sonra möhtəşəm zəfərin nəticəsi olaraq yaranan yeni reallıqlardan danışan Rəhman Hacıyev bildirib ki, Şuşada aparılan bərpa-quruculuq işləri göstərir ki, qısa zaman ərzində bu ərazilərdə normal həyat bərpa olunacaq. “Böyük Qayıdış” prosesində əhalinin sosial rifahının yüksəldilməsi və bu ərazilərin nəhəng iqtisadi potensialından istifadə etməklə biznes  imkanlarının stimullaşdırması əsas prioritet istiqamətlərdəndir.
 
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, işğaldan azad edilən ərazilərimizdə maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və təkliflər planının hazırlanması istiqamətində işlər aparılır. “Bugünkü görüş işğaldan azad edilən ərazilərdə bank-maliyyə xidmətlərinin təmin edilməsi, burada biznes imkanlarının stimullaşdırmasında bankların rolunun müzakirəsi üçün yaxşı platformadır - deyə Z.Nuriyev əlavə edib.
 
Görüşdə bank sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi və innovativliyini nəzərə  alaraq ianə mədəniyyətinin təşviqi, “Böyük Qayıdış” prosesində əhalinin sosial rifahının yüksəldilməsi və biznes imkanlarının stimullaşdırmasında bankların rolu, Şuşanın resurs və infrastrukturuna əsaslanan investisiya və işgüzar potensialının təhlili, Qarabağda dövlət-özəl sektor tərəfdaşlığının imkanları, Qarabağda mədəni-tarixi abidələrin bərpası məsələləri müzakirə olunub.
Müzakirələr zamanı bank rəhbərləri tərəfindən Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə Şuşada və Qarabağda dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması və birgə fəaliyyətinin davam etdirilməsi istiqamətində təhlillər aparılması ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda bank nümayəndələri Şuşa şəhərində infrastruktur layihələri, mədəni, tarixi və dini abidələrin konservasiyası və bərpası layihələrinə dəstək göstərmək niyyətində olduqlarını bildiriblər.
 
Görüşün sonunda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev ianə edərək Qarabağın dirçəlişi kimi mühüm missiyanın növbəti iştirakçılarına çevrilən “Azərbaycan Sənaye Bankı” ASC və “Naxçıvanbank” ASC-yə “İanə Sertifikatı”, “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüşün ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə isə Azərbaycan Banklar Assosiasiyasına “Təşəkkür Sertifikatı” təqdim edib.
 
Qeyd olunmalıdır ki, “Azərbaycan Sənaye Bankı” ASC 100 min manat, “Naxçıvanbank” ASC isə 55 min manat Fonda ianə edib.
 
Tədbirdən sonra Şuşa şəhərinin tarixi-mədəni obyektləri ilə tanışlıq məqsədilə tədbir iştirakçılarının ekskursiyası təşkil olunub.
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Hamısı