"Ali məktəblərin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir" - DİM sədri - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

"Ali məktəblərin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir" - DİM sədri

Cəmiyyət A- A A+

Ali təhsil müəssisələrinin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir. 

Ednews apa-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələri ilə əməkdaşlığa dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 

O bildirib ki, bu gün əmək bazarında kifayət qədər vakansiya və işaxtaran olsa da, həmin yerlər tutulmur və insanlar işsiz qalır: 

"Bu da ondan irəli gəlir ki, həmin şəxslər tələbləri ödəmirlər və onların bacarıqları əsasən nəzəri biliklər əsasında formalaşır. Biz istəyirik ki, tələbələrimiz lazımi peşə bacarıqlarına da sahib olsunlar. Lakin ali təhsil müəssisələrindəki kurikulumlarımız nə yerli, nə də beynəlxalq kvalifikasiyalara uyğun gəlir". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...