Xırdalan şəhərində güclü yanğın başlayıb.
Bu barədə Ednews FHN-in saytına istinadən xəbər verir.
Bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.