Azərbaycan və Ermənistan gəncləri arasında baş tutan görüşün Bakıda müzakirəsi aparıldı - FOTOLAR - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan və Ermənistan gəncləri arasında baş tutan görüşün Bakıda müzakirəsi aparıldı - FOTOLAR

Cəmiyyət A- A A+
Fransada Azərbaycan və Ermənistan gəncləri arasında baş tutan görüşün Bakıda müzakirəsi aparılıb. 
 
Ednews xəbər verir ki, müzakirəyə Fransa səfiri Zakari Qross, Almaniya səfirliyinin rəis müavini Hayko Şartz, həmçinin sözügedən görüşdə iştirak edən azərbaycanlı gənclər qatılıblar. 
 
Görüşün ümumi nəticələrindən danışan Almaniya səfirinin rəis müavini bu cür görüşlərin Azərbaycan və Ermənistan arasındakı münasibətlər üçün yaxşı başlanğıc olduğunu qeyd edib. 
 
Apa.az-ın məlumatına görə, Fransa səfiri isə bu cür görüşlərin iki ölkə arasında sülh prosesinə təkan verəcəyini və təkcə bu vasitəçilikdə Fransa və Almaniyanın deyil, həm də digər dövlətlərin də iştirakının vacibliyini diqqətə çatdırıb. 
 
Müzakirədə iştirak edən azərbaycanlı gənclər isə görüşdə onlara Fransa ilə Almaniya arasında münasibətlərin qurulması modelinin göstərildiyini və görüşün bütövlükdə gərgin keçmədiyini vurğulayıblar. 
 
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...