Qazi Kamil Musəvi deputat Fəzail Ağamalı üçün parlamentə gilas göndərməyi təklif edib.
Ednews xəbər verir ki, deputatın keçmiş rəqibi bu barədə Facebook sosial şəbəkəsində post paylaşıb.
Kamil Musəvi paylaşımında həmçinin aylıq məvacibi çox olub, gilas ala bilməyənlərə endirimli qiymətə giləmeyvəni təklif etdiyini qeyd edib. Hətta o, gilası yeşiklə hədiyyə verə biləcəyinə də yazıb.
“Maaşı çox olub gilas ala bilməyənlərə endirimli gilasımız var. Məsləhət bildiyiniz adam olsa hədiyyə də verə bilərik”.
Xatırladaq ki, Milli Məclisin keçirilən növbədənkənar plenar iclasında mövsümü meyvələrin bahalaşmasından danışan Fəzail Ağamalı bildirib ki, gilas almağa imkanı çatmır.
Qeyd edək ki, Kamil Musəvi sonuncu növbədənkənar parlament seçkilərində Fəzail Ağamalıya rəqib olaraq namizədliyini 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürüb.
Ləman Abbaslı