Kişi boşadığı arvadına küçənin ortasında xəsarət yetirdi DƏHŞƏTLİ HADİSƏ

Cəmiyyət 21:30 25.06.2022
Abşeron rayonunda 1987-ci il təvəllüdlü Vahid arvadı Leylaya (adlar şərti verilib - red.) xəsarət yetirib.
 
Ednews Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu ilin martın 24-də Xırdalan şəhərində baş verib.
 
Vahid mübahisə zamanı özünü müdafiə etmək üçün əlindəki ağac budağını keçmiş arvadı Leylanın əlindən alıb. Onun baş və bədənin müxtəlif nahiyəsindən vurub.
 
İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb.
 
Məhkəmədə ifadə verən Vahid bildirib ki, Leyla ilə 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan onların 3 övladı olub: "Evlilik dövründə münasibətlərimiz yaxşı idi. Sonradan birgə yaşadığımız və Leylanın atasına məxsus mənzili satıdm. Leyla həmin mənzilin satışından əldə edilmiş vəsaitdən mənə pay verməmək üçün 9 fevral 2022-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsi əsasında boşand. Evi alan şəxslər isə hər ay kirayə haqqı olaraq Leylagilə 600 manat verirlər".
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 24 mart 2022-ci ildə, saat 18 radələrində həmin kirayə haqqı ona verilib: "Həmin pulu Leylaya verdim. Bundan sonra bibisigilə gedən Leyla ilə avtobusa mindik. Avtobusdan düşdükdən sonra birlikdə getməyə başladıq. Leylaya nə üçün bibisigilə getdiyini soruşdum. O, ünvanıma nalayiq ifadələr işlətdi. Əllərimlə Leylanı itələdim, o, müvazinətini itirərək yerə yıxıldı".
 
Vahid daha sonra ifadəsində qeyd edib: "Yoluma davam edən zaman Leyla məni təhqir edə-edə arxasmca gəlməyə başladı. Bu səbəbdən geri döndüm və ona yaxınlaşdım. Leylanın əlində ağac budağı olduğunu gördüm. O, ağac budağı ilə məni vurmağa cəhd etdi. Budağı əlindən aldım və onun başına, bədəninin digər nahiyələrinə zərbələr vurdum".
 
O bildirib ki, Leylanın cibindən 300 manat pul götürmək istəməsi barədə göstərdikləri yalandır. O, əməlindən peşmançılıq çəkdiyini deyib.
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Vahid ailəyə qarşı laqeyd yanaşdığından münasibətlər korlanıb: "Vahidin atama məxsus, bir müddət əvvəl satılmış evdən pay tələb etməsi də münasibətlərimizin korlanma səbəblərindən biri olub. Məhz bu səbəbdən rəsmi qaydada boşandıq".
 
Zərərçəkmiş qeyd edib ki, martın 24-də saat 18 radələrində Vahid evi satdıqları şəxslərin onlara kirayə haqqı olaraq verdikləri 600 manatı alıb və yaşadığı binanın yaxınlığında gətirərək ona verib: "Mən pulu aldıqdan sonra bibimgilə getmək üçün avtobusa mindim. Vahid də mənimlə birlikdə avtobusa mindi. Mənimlə danışmaq istədiyini bildirdi. Avtobusdan düşərək bibimgilin evi istiqamətinə doğru irəlilədiyimdə isə Vahidin nalayiq ifadələr işlədə-işlədə arxamca gəldiyini gördüm. Mən də ona nalayiq ifadə işlətdim. Vahid boğazımdan yapışıb məni boğmaq istədi. Onun əlindən çıxdım və qaçmağa dava etdim. Vahidin isə məni təqib etdiyini gördüm.
 
Özümü müdafiə məqsədilə yerdən ağac budağını götürdüm. Vahid ağac budağını əlimdən alıb başıma, belimə, ayaq və əl nahiyələrimə zərbələr vuraraq məni döydü".
 
Vahid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Hamısı