Kürdəmirdə avtomobil su kanalına aşdı - Xəsarət alanlar var - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Kürdəmirdə avtomobil su kanalına aşdı - Xəsarət alanlar var

Cəmiyyət A- A A+

Kürdəmirdə avtomobil qəzası baş verib.

Ednews report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atakişili kənd sakini, 33 yaşlı Kərimov Sərxan Cəlal oğlu “Nissan” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən nqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər - 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif xəsarətlər alıbıar.

Yaralılar təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...