Şamaxıda ümumi uzunluğu 13 kilometr olan 18 küçənin təmirinə başlanıb - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Şamaxıda ümumi uzunluğu 13 kilometr olan 18 küçənin təmirinə başlanıb

Cəmiyyət A- A A+
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxıda 18 küçədə təmir işlərinə başlayıb.
 
Ednews xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
 
Məlumata görə, küçələrin ümumi uzunluğu 13 kilometrdir. Təmir işlərinin aparıldığı sahə 73 587 kvadratmetrdir.
 
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa olunur. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
 
Xatırladaq ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 km olan 44 adda prospekt və küçədə agentlik tərəfindən təmir-tikinti işləri həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...