“Direktorların qəbulu ilə bağlı dəyişiklik nəzərdə tutulmur” - Emin Əmrullayev - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

“Direktorların qəbulu ilə bağlı dəyişiklik nəzərdə tutulmur” - Emin Əmrullayev

Cəmiyyət A- A A+
“Regional təhsil idarələri birmənalı olaraq məktəb direktorlarının seçimində aktiv və fəal iştirak edəcəklər. Amma istənilən halda məktəb direktorunun təyinatı tahsil naziri tərəfindən Azərbaycan respublikasının qanunvericiliyinə görə həyata keçirilir. Yəni direktorun əmrinə təhsil naziri qol çəkir”.
 
Ednews xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, regional idarələrin belə səlahiyyətinin olması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik olmalıdır:
 
“Hazırda belə dəyişiklik nəzərdə tutulmur. Amma onun deyə bilərəm ki, daha kiçik komplektli məktəblərə regional idarələrin rəhbərləri və yaxud regional idarələrin təşkil etdiyi komisiyya tərəfindən təqdim olunmuş namizədlərin təyinatı məsələsi planlaşdırdığımız seçimlərdən biridir. Yəni regional idarələr və ya komissiya çox kiçik - 20, 30 nəfərlik məktəblərin rəhbərliyinə həmin kənddə işləyən müəllimlərdən birini təyin edə bilər. Düşünürəm ki, regional idarənin yaratdığı komissiya bu prosesi şəffaf həyata keçirəcək. Amma təyinat təhsil naziri tərəfindən həyata keçiriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...