Pensiyalarda hansı dəyişikliklər edildi? Təfərrüatlar

Cəmiyyət 12:06 29.06.2022
Prezident İlham Əliyevin təsdiq etdiyi Qanuna yeni dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində növbəti irəliləyişi təmin edir. 
 
Ednews xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib. 
 
Bunlardan biri - zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxmasında yeni güzəştlərdir. Belə ki, həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda 
 
Kişilərdən: əvvəl - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48960 manat pensiya kapitalı tələb olunurdu; 
 
bundan sonra - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq. 
 
Qadınlardan: əvvəl - 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56160 manat pensiya kapitalı tələb olunurdu; 
 
bundan sonra - 10 ili zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq. 
 
Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30-38,5 faiz azaldılır. 
 
Bu dəyişiklik hər il orta hesabla əlavə 1000 nəfərin pensiya hüququnun yaranmasına imkan verəcək. Digər tərəfdən, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya
 
ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilir. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42-62 faiz artması ilə nəticələnəcək.
 
Məsələn, güzəştli şərtlərlə pensiya təyin olunan, 60000 manat pensiya kapitalı olan kişiyə 294,12 manat (60000:204), qadına 256,41 manat (60000:234) pensiya təyin olunurdusa, yeni dəyişikliyə əsasən onlara 416,67 manat (60000:144) pensiya təyin olunacaq. 
 
Yeni dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verir: 
 
Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin müavinəti almaq hüququ verilir. 
 
Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq. 
 
Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq. 
 
Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək. 
 
Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır. 
 
Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq. 
 
“Əmək pensiyaları haqqında” Qanuna digər bir yeni dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur. 
 
Belə ki, bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə: 
 
E-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq; 
 
Onlardan fərdi hesabında (01.01.2006-01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq. 
 
Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququnun yaranmasına da imkan verəcək. Yeni dəyişikliklə həmçinin: 
 
5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş qadınlara, 
 
5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara, 
 
sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyüdən analarla yanaşı, atalara da 5 il daha tez yaşa görə pensiyaya çıxa bilmək hüququ verilir. 
 
Yeni redaksiyada pensiya sisteminin təkmilləşdirilməsi və müvafiq uyğunlaşdırmaların aparılması üçün digər bir sıra əlavə və dəyişikliklər də yer alıb.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı