Xaricdə təhsil almış 79 məzunun diplomu tanınmadı - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Xaricdə təhsil almış 79 məzunun diplomu tanınmadı

Cəmiyyət A- A A+
İyun ayı üzrə 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. 
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Ednews-a verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. 
 
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 88, Türkiyə Respublikasından 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur. 
 
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...