Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.
Fövqəladə Halları Nazirliyindən Ednews-a verilən məlumata görə, nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb.
Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.