Dövlət Komitəsinin rəhbərliyi Qarabağdakı hərbi hissədə oldu

Cəmiyyət 13:16 04.07.2022
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 20 illik yubileyi münasibətilə Qarabağdakı “N” saylı hərbi hissədə “Gücümüz birliyimizdədir” adlı möhtəşəm bayram tədbiri və konserti keçirilib.
 
Bu barədə Ednews-a Dövlət Komitəsindən məlumat verilib.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra ulu öndər Heydər Əliyevin milli kimlik və diaspor haqqında tarixi çıxışlarını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi haqqında fikirlərini, Avropada Qarabağla bağlı keçirilən izdihamlı mitinqləri və aksiyaları, mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayını əks etdirən video-çarxlar nümayiş etdirilib.
 
Yubiley sevincini Qəhrəman və Qalib Ordumuzun əsgər və zabitləri ilə paylaşmaq məqsədilə gerçəkləşdirilən tədbirdə DİDK əməkdaşları, xarici ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrindən ibarət sənətçi qrupları və tanınmış incəsənət xadimləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, Azərbaycan diasporunun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu, Vətən müharibəsi və post-müharibə dövründə diasporun fəaliyyəti, Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərə göstərdikləri maddi və mənəvi dəstək barədə məlumat verib. Komitənin 20 illik yubileyinin azad olunmuş Qarabağda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.
 
Bədii hissə ilə davam edən tədbirdə diaspor fəalları - xanəndə, II Muğam Televiziya Müsabiqəsinin qalibi Güllü Muradova (Almaniya), xanəndə Zahid Quliyev (Almaniya), Azərbaycanın əməkdar artisti, İstanbul Filarmoniyası Orkestrinin daimi dirijoru, bəstəkar və pianoçu, Turan Manafzadə (Türkiyə), Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, xanəndə Rəvanə Qurbanova, estrada müğənnisi, “Səs Azərbaycan” beynəlxalq televiziya müsabiqəsinin qalibi Emiliya Yaqubova (Böyük Britaniya), müğənni Nailə İmran (Qazaxıstan), kamança ifaçısı, San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, diaspor fəalı İmamyar Həsənov (ABŞ), tarzən Rüfət Həsənov, yəhudi əsilli kamança ifaçısı Salman Rabayev (İsrail), eləcə də gitara ifaçısı Cavid Məmmədov, “Bu şəhərdə” teatrının aktyorları, Azərbaycan Dövlət Rəqs Ansamblının və “Ritm” rəqs qrupunun solistləri çıxış ediblər.
 
Konsert proqramı, o cümlədən Azərbaycan əsgərinin Turan Manafzadə ilə birlikdə “Sarı gəlin” xalq mahnısını ifa etməsi, hərbçilərimizin Komitənin yubileyi münasibətilə hazırladıqları döyüş şousu böyük maraq və alqışlarla qarşılanıb.
 
Əsgər və zabitlərimizin böyük maraq və məmnunluqla iştirak etdiyi yubiley tədbiri xalqımızın birliyinin və həmrəylinin rəmzi olan “Yallı” milli rəqsinin birgə ifası ilə yekunlaşıb.
 
Yubiley tədbirinin moderatorları Vəsilə Vahidqızı və Nurəddin Mehdixanlı olub.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı