BAMF növbəti nazir müavini ilə tələbələrin səmimi görüşünü təşkil etdi

Cəmiyyət 16:42 04.07.2022
Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlimlərdə öz potensialına, bilik və bacarıqlarına görə fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin görüşü davam edir.  Növbəti görüş Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə təşkil olunub.  
 
Ednews xəbər verir ki, tədbirdə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə fərqlənən 22 tələbə iştirak edib. İştirakçılar arasında Prezident təqaüdçüsü olan tələbələr də olub. 
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev yaradılan şərait üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinə və idarə heyətinə öz təşəkkürünü bildirib. Daha sonra o, layihənin məqsədi, görülən işlər və tələbə-gənclərin həyat və fəaliyyətində oynayacağı vacib roldan danışıb. Umud Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə, görüşdə iştirak edən nazir müavini Firdovsi Əliyevə bu layihəyə göstərdikləri dəstəyə və tələbələrlə səmimi görüşdə iştirakına görə öncədən minnətdarlığını bildirib.
 
Daha sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev tələbələrlə səmimi söhbət edib. Bugünə qədər keçdiyi karyera yolu, qarşısına çıxan çətinliklər, əsasını fiziki və mənəvi zəhmət təşkil edən tələbəlik illəri, eyni zamanda həyat yolundan, bugünkü fəaliyyətindən danışıb. Nazir müavini eyni zamanda tələbələri Azərbaycanın hazırki ekoloji vəziyyətilə bağlı məlumatlandırıb və  bu sahədə görülən işlər, keçirilən layihələr və aksiyalar haqqında  qeydlər edib. O, tələbələrin hansı ixtisas və peşə üzrə təhsil almasından asılı olmayaraq hər birinin bir ekoloq kimi yaşamalı olduğunu vurğulayıb və “Təbiəti dəyişməyək, özümüzü dəyişək”  deyərək, hamını təbiəti qorumağa və bunu hər kəsə aşılamağa çağırıb. 
 
Nazir müavini səmimi söhbət zamanı tələbələrin suallarını cavablandırıb, onlara iş və şəxsi həyatında prioritetlərinin zəhməti sevmək, yenidən başlamaq, davam etmək, yenilməmək, uğura çatmaq olduğunu bildirib. Daha sonra Firdovsi Əliyev bu səmimi görüşü təşkil edən BAMF-ın vitse-prezidenti Günel Gözəlovaya və layihənin rəhbəri BAMF-ın prezidenti Umud Mirzəyevə təşəkkür edib. Tələbələrlə səmimi söhbətdən çox məmnun qaldığını bildirib. 
 
Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib. Eyni zamanda, azərbaycanlı tələbələrlə yanaşı 14 ölkədən olan xarici tələbələrlə də görüşlər olub. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun dünya əhəmiyyətli etalon  laboratoriyalarında tələbələrin ekskursiyasi da təşkil edilib. 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı