Magistraturaya imtahan verənlərə xəbər var - 12 mindən çox bakalavr ərizəsini təsdiq edilib - ednews.net

13 Avqust, Şənbə

(+994 50) 229-39-11

Magistraturaya imtahan verənlərə xəbər var - 12 mindən çox bakalavr ərizəsini təsdiq edilib

Cəmiyyət A- A A+

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə Ednews-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, 5 iyul saat 09:15-ə olan məlumata əsasən, 12026 bakalavr (Azərbaycan bölməsi üzrə 11023, rus bölməsi üzrə 1003) öz ərizəsini təsdiq edib.
1250 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 5 iyul saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...