Xəzərdə balıq populyasiyasında azalma var - ednews.net

13 Avqust, Şənbə

(+994 50) 229-39-11

Xəzərdə balıq populyasiyasında azalma var

Cəmiyyət A- A A+
Araşdırmalar göstərir ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır.
 
Ednews xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti rəisi Mehman Axundov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.
 
O qeyd edib ki, sözügedən anomal istilik Xəzər regionunda biomüxtəifliliyin azalmasına səbəb olur:
 
“Bununla əlaqədar olaraq, biz balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...