Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır - ednews.net

13 Avqust, Şənbə

(+994 50) 229-39-11

Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

Cəmiyyət A- A A+
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-yə rezidentlik statusu verilib.
 
Bu barədə Ednews-a Agentlikdən bildirilib.
 
Bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.
 
“Kartaş Kimya” Parkın 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...