Dövlət idarəsində qanun pozuntusu - Baş Prokurorluğa müraciət edildi - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Dövlət idarəsində qanun pozuntusu - Baş Prokurorluğa müraciət edildi

Cəmiyyət A- A A+
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. 
 
Ednews bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.
 
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb. 
 
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022”, “Business Connection” və “Furniture Art” MMC-lərə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...