Aqrar sahədə çalışan 50 gənc mütəxəssis İsraildə təcrübə keçəcək

Cəmiyyət 21:07 06.07.2022

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən təcrübə proqramında iştirak üçün seçim turu başa çatıb.

Nazirlikdən Ednews-a verilən məlumata görə, iki mərhələli seçim əsasında imtahanlardan uğurla keçən 50 nəfər İsrailin Arava bölgəsində təcrübə keçmək imkanı əldə edib.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik təcrübə proqramının iştirakçıları ilə görüşüb. Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov proqram iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Nazir müavini bildirib ki, ölkəmizdə rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması, aqrar bilik və bacarıqların əmək bazarının tələblərinə uyğunlaşdırılması prioritet istiqamətlərdəndir. Qeyd olunub ki, təcrübə proqramının iştirakçılarının İsraildə qazanacağı bilik və bacarıqlar elmin və biliktutumlu istehsal və xidmət sahələrinin inkişafına, məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.

İsrailin Azərbaycandakı səfiri Corc Dik isə öz növbəsində iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb. Səfir əlavə edib ki, yeni təcrübə proqramı kənd təsərrüfatı sahəsində ən yaxşı təcrübələrini bölüşmək və mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək üçün mühüm imkanlar yaradır.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) arasında tələbələr və aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər də daxil olmaqla 50 azərbaycanlı gəncin kənd təsərrüfatı sahəsində İsraildə təcrübə keçməsi və təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək, burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.

Qeyd edək ki, AİCAT tərəfindən elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı