Azərbaycanda üç yeni radionun açılması üçün müsabiqələr elan edildi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda üç yeni radionun açılması üçün müsabiqələr elan edildi

Cəmiyyət A- A A+

Azərbaycan Respublikası Audiovizual Şurası üç ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün müsabiqələr elan edib

Ednews xəbər verir ki, bu barədə Audiovizual Şuranın iyulun 7-də keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, iclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb. Qeyd olunub ki, “Media haqqında” qanunun 35.1-ci maddəsinun tələblərinə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib. Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıblar.

İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər. Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə üç yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” qanunun 29.1, 50.1.3 və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...